Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ABŞ "Taliban" rəhbərlərinin tutulması üçün böyük mükafat elan edə bilər
ABŞ "Taliban" hərəkatının ali rəhbərlərinin tutulması üçün vaxtilə "Əl-Qaidə" lideri Üsamə bin Ladenin başına qoyulan məbləğdən daha çox mükafat elan edə bilər.
Oxu.Az-ın "İzvestiya"ya istinadla verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Katibi Marko Rubio bəyan edib.
Onun sözlərinə görə, əllərində olan məlumata əsasən, "Taliban" əvvəl düşünüldüyündən daha çox ABŞ vətəndaşını girov saxlayır.
"Əgər bu doğrudursa, onların ali rəhbərləri üçün dərhal çox böyük mükafat təyin etməliyik ", - deyə dövlət katibi vurğulayıb.
Lakin hərəkat tərəfindən saxlanılan ABŞ vətəndaşlarının dəqiq sayı açıqlanmır. Daha əvvəl Əfqanıstan rəsmiləri iki amerikalı vətəndaşın ABŞ-də narkotik qaçaqmalçılığı və ekstremizmdə ittiham olunaraq məhkum edilmiş əfqanla mübadiləsi barədə məlumat vermişdilər.
Xatırladaq ki, Bin Ladenin tutulması və ya öldürülməsinə gətirib çıxaracaq məlumat üçün ABŞ 25 milyon dollar (42,5 milyon manat) vəd etmişdi.
"Məhkumların mübadiləsi" teqi üzrə xəbərlər
- 100 əfqanın həyatını xilas edən kanadalı veteran "Taliban"ın girovluğundan azad edildi
- HƏMAS zəruri məlumatlar olan girov siyahısını təqdim edib
- ABŞ və "Taliban" arasında məhbus mübadiləsi baş tutdu
- HƏMAS İsraillə razılaşdı: Üç qadın girov azad ediləcək
- Qəzza ilə bağlı danışıqlar yekun mərhələyə çatdı