Afrika İttifaqı hərbi çevrilişdən sonra Qvineya-Bisaunun təşkilatda üzvlüyünü dayandırıb.
Oxu.Az bu barədə "Associated Press" agentliyinə istinadən xəbər verir.
Təşkilatın Sülh və Təhlükəsizlik Şurası Qvineya-Bisauda konstitusiya quruluşu bərpa olunana qədər İttifaqın orqanları və institutlarının işində ölkənin iştirakının dərhal dayandırılması barədə qərar qəbul edib.
Xatırladaq ki, noyabrın 26-da Qvineya-Bisauda hərbçilər prezident Umaro Sissoko Embalonun devrildiyini elan ediblər. Daha sonra onlar sərhədləri bağlayıb və komendant saatı tətbiq ediblər.