Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ağ Ev: HƏMAS-la sazişin 90%-i razılaşdırılıb
ABŞ Fələstinin radikal HƏMAS hərəkatı ilə girovların mübadiləsi haqqında sazişin demək olar ki, tam razılaşdırıldığını bəyan edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "RIA Novosti" Ağ Evdən mənbəyə istinadla xəbər verib.
Bildirilir ki, sazişdə 18 maddə var, onlardan 14-ü razılaşdırılıb.
"Faktiki olaraq, sazişin 90%-i razılaşdırılıb", - deyə mənbədən vurğulanıb.
Məlumata görə razılaşdırılmış müqavilələr Qəzza zolağında hərbi əməliyyatların tam dayandırılmasını, İsrail Silahlı Qüvvələrinin bölmələrinin sıx məskunlaşmış ərazilərdən çıxarılmasını, dağıdılmış tikililərdən ərazinin təmizlənməsi işlərinin başlanmasını, həmçinin tibbi binaların və infrastrukturun bərpasını nəzərdə tutur.
Yeri gəlmişkən xatırladaq ki, avqustun 31-də Qəzza zolağında Rəfah rayonundakı tuneldə ötən ilin oktyabrında oğurlanmış girovların cəsədləri aşkar edilib. İsrailin Səhiyyə Nazirliyi bildirib ki, girovlar onların tapılmasından 48-72 saat əvvəl HƏMAS döyüşçüləri tərəfindən yaxın məsafədən atəş açılaraq öldürülüb. HƏMAS-ın hərbi qanadı "İzzəddin əl-Qəssam Briqadası" "Telegram" kanallarında girovların hələ sağ olduğu vaxta aid görüntülər yayımlayıb. Kadrlarda əsirlər öz adlarını deyirlər. Videonun sonunda qruplaşma bildirib ki, tezliklə onların "son mesajları" ilə yeni görüntülər peyda olacaq. HƏMAS həmin bəyanatdan sonra artıq iki video - öldürülmüş girov Edena Yeruşalmi və ikili vətəndaşlığı olan rusiyalı Aleksandr Lobanovun görüntülərini yayımlayıb.
Rəylər