Avropa İttifaqı ölkələri Suriyadakı vəziyyət ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinə dair təklif irəli sürməyib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə oktyabrın 17-də Avropa diplomatiyasının rəhbəri Federika Mogerrini bildirib.
“KİV-də çoxsaylı bəyanatlara baxmayaraq, Suriyadakı vəziyyət ilə bağlı bu gün Aİ-nin heç bir ölkəsi Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi təklifini irəli sürmədi”, - o qeyd edib.
N.O.
www.oxu.az