Kiyevdə sui-qəsdə məruz qalan Ukrayna Ali Radasının "Radikal" Partiyasından olan deputatı İqor Mosiyçuk uğurlu əməliyyat sonra ayılıb.
Оxu.Az bu barədə Ukrayna KİV-ə istinadən xəbər verir.
O, hələ reanimasiyada saxlanılır, həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.
İ.Mosiyçuk bəyan edib ki, sui-qəsdin sifarişçiləri "Moskvada oturub", icraçıları isə yerli insanlardır: "Mən yalnız mühafizəçim Ruslanın sayəsində sağ qaldım.
O, keçmiş "Berkut"çudur və məni xilas edərkən həyatını itirdi".
***
09:05
Kiyevdə baş verən partlayış nəticəsində Ali Radanın deputatı, “Radikal” partiyanın təmsilçisi İqor Mosiyçuk yaralanıb.
Оxu.Az bu barədə “112 Ukrayna” telekanalına istinadən xəbər verir.
İqor Mosiyçuk “Espresso” telekanalının binasından çıxdığı zaman yolun kənarında avtomobil partlayıb. Hadisə nəticəsində yaralanan deputat xəstəxanaya çatdırılıb.
Onun vəziyyəti barədə hələlik məlumat verilmir.
N.H.