Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Alimlər nəhəng ikiayaqlı dinozavrın izlərini aşkarladılar
Okayama Elm Universitetinin və Monqolustan Elmlər Akademiyasının Paleontologiya İnstitutunun alimlərinin rəhbərlik etdiyi beynəlxalq ekspedisiya möhtəşəm kəşfə imza atıb.
Oxu.Az xəbər verir ki, bu barədə phys.org yazır.
Qobi səhrasının qərb hissəsində tədqiqatçılar dünyanın ən böyük dinozavr izlərindən birini aşkar ediblər. İzin eni 92 santimetrdir, bu da onu tanınmış tiranozavr və tarbozavrdan daha böyük edir.
Tapıntı Monqolustanda tarixin ən böyük ikiayaqlı heyvanlarından birinin yaşadığını göstərir. Bu kəşf regionun mezozoy faunasının öyrənilməsində yeni bir mərhələ açacaq.
"Dinozavr" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər