Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Alimlər Yer üzündə həyatın yaranmasının mümkün səbəblərindən birini açıqlayıblar
ABŞ-nin Merilend ştatındakı Con Hopkins Universitetinin alimləri Yerdəki həyatın təxminən 4 milyard il əvvəl planetdə mövcud olmuş üzvi dumanlardan yarana biləcəyini təxmin edirlər.
Bununla bağlı aparılmış tədqiqat “The Planetary Science Journal” elmi jurnalında dərc olunub.
Mütəxəssislərin fikrincə, Yer kürəsinin yaradılmasından sonra Hadey geoloji eonu kimi tanınan bir dövr təxminən 500 milyon il davam edib. Bu zaman planet amin turşuları və nuklein əsaslarını - ilk orqanizmlərin yaradılması üçün tikinti materiallarını ehtiva edən bir dumanla örtülü olub.
Bu hissəciklər Yer səthinə enərək gölməçələrə düşdükcə kimyəvi bağlar qırılaraq üzvi maddələrlə zəngin gölməçələr yaranıb.
Tədqiqatçılar qeyd ediblər ki, bu gün Saturnun ən böyük peyki Titanda da oxşar şərait mövcuddur ki, bu da qaz nəhənginin peykini yerdən kənar həyatın axtarışı üçün perspektivli yerə çevirir.
2028-ci ildə NASA 2034-cü ilə qədər sistemə çatacaq “Dragonfly” missiyasını Titana göndərməyi planlaşdırır. Bu missiya həyat izlərini axtarmaq üçün kvadrokopterin buraxılmasını nəzərdə tutur. Alimlər hesab edirlər ki, “Dragonfly” nəinki Titanda üzvi maddələri aşkar etməyə, həm də yer üzündəki həyatın təkamül tarixini daha yaxşı başa düşməyə kömək edəcək.
Mənbə: gazeta.ru
Rəylər