Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Almaniyada iqtisadi vəziyyət kritik səviyyəyə çatıb
Almaniyanın iqtisadi vəziyyəti ölkə vətəndaşlarında ciddi narahatlıq doğurur və tədricən seçicilərin seçiminə təsir edən əsas amilə çevrilir.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Məlumata görə, almanlar artıq böyük istehsal sahələrinin çöküşü, sürətlə pisləşən demoqrafik vəziyyət, dağılan infrastruktur və innovasiya çatışmazlığını görməzdən gələ bilmirlər.
Son ictimai rəy sorğuları göstərir ki, iqtisadi məsələ artıq seçicilər üçün əhəmiyyətinə görə ikinci yerdədir və yalnız miqrasiya problemindən geri qalır. Bir zamanlar Avropanın iqtisadi lokomotivi olan Almaniya bu gün ciddi çağırışlarla üzləşir. Gücü XIX əsrin sənaye sahələri - maşınqayırma və kimya sənayesi üzərində qurulmuş ölkə qabaqcıl rəqəmsal texnologiyaların kəskin çatışmazlığını yaşayır.
Bütün bu amillər Kansler Olaf Şoltsun rəhbərliyi altında Almaniyanın hakim koalisiyasını əlverişsiz vəziyyətə salır. Koalisiya artıq iqtisadiyyatı ayaqda saxlamaq üçün fəaliyyət variantlarını tükədib ki, bu da Türingiya və Saksoniyada regional seçkidə müxalifət partiyalarının qələbəsində əhəmiyyətli rol oynayıb. Sentyabrın 22-də Brandenburqda keçiriləcək növbəti seçki hakim partiyalar üçün ciddi zərbə ola bilər və burada proqnozlara görə Almaniya üçün Alternativ Partiyası qalib gələ bilər.
Rəylər