Yeni il gecəsi Köln polisi yüzlərlə afrikalını saxlayıb.
Oxu.Az Associated Press-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları ötən il miqrant və qaçqınların şəhərlilərə kütləvi hücumunun təkrarlanmasının qarşısını almaq üçün əməliyyat keçirib.
Əməliyyat Kölnin iki əsas dəmir yolu vağzalında keçirilib. Polislər saxlanılan şəxsləri dindirib və sənədlərini yoxlayıblar.
Hüquq-mühafizə orqanlarının məlumatıına əsasən, Köln küçələrini 1500-ə yaxın polis qoruyub. Bayram şənliklərində miqrantların qadınlara qarşı zorakılıq hərəkətləri qeydə alınmayıb.
Qeyd olunur ki, sosial şəbəkə istifadəçiləri polisin bu addımını qınayıblar.
S.B.
www.oxu.az