Almaniyanın keçmiş xarici işlər naziri Gido Vestervelle 55 yaşında vəfat edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Westerwelle”n fondu “facebook” səhifəsində yazıb.
Onun Köln xəstəxanasında leykoz xəstəliyindən öldüyü bildirilir.
G. Vestervelle 2009-2013-cü illərdə Almaniyanın xarici işlər naziri olub.