Madridin “Atletiko” klubu və İspaniya yığmasının hücumçusu Alvaro Moratanın evi, futbolçu Farer adalarının yığması ilə olan Avropanın 2020-ci il üçün seçmə oyununda iştirak edərkən qarət edilib.
Bu barədə Oxu.Az “Sovetski sport”-a istinadən xəbər verir.
Bildirilir ki, oyun zamanı silahlı qarətçilər idmançının evinə daxil olaraq qiymətli əşyaları oğurlayıblar. Hadisə zamanı Moratanın həyat yoldaşı və iki oğlu evdə olub. Lakin heç biri xəsarət almayıb.
Hadisə yerinə gələn polis cinayətkarları saxlaya bilməyib.