Amerikanın Men ştatında 22 yaşlı Devon Steypls təşəbbüskarının özü olduğu bədbəxt hadisə zamanı həlak olub, Oxu.Az Vesti-yə istinadən xəbər verir.
Gənc oğlanın Müstəqillik günündə fişəngi başında partlatmağı qərara aldığı bildirilir. O, petardalar qutusunu başına qoyub və fitili yandırıb.
Həlak olanın qardaşı Kodi Steypls hər şeyin dostunun həyətində 4 iyulu qeyd edərkən baş verdiyini danışıb.
Onun sözlərinə görə, Devon fitili təsadüfən yandırıb. O, zarafatca fitili yandıracağını deyib, dostları isə onu yolundan döndərməyə çalışıblar. Bundan sonra isə gördükləri parıltı olub. Devon həyatını itirməyə səbəb olan yaralar alaraq yerindəcə keçinib.
“Mən birinci ona tərəf qaçdım. Təcili yardım çağırmağın mənası yox idi, Kodi deyib. – Bu, çılğın hadisə idi. Amma Devon axmaqlıq edənlərdən deyildi. O, adətən digərlərini şənləndirmək üçün axmaqlıqlar edirdi”.
Qeyd edək ki, 1949-cu ildə ştatda petardalara qadağa mövcud idi. Amma 2012-ci ildə yerli hakimiyyət həmin qadağanı ləğv etdi.