Vaşinqtondan olan Liza Fayrman dünyanın ən böyük pazl kolleksiyasını toplayaraq rekord müəyyənləşdirib.
Oxu.Az bildirir ki, bu barədə "Guinness World Records" məlumat yayıb.
Lizanın kolleksiyasına 4 060 müxtəlif növ pazl daxildir.
O, 2019-cu ildən pazl toplamağa başlayıb və bu günə kimi pazlların yığılması üzrə yarışlarda fəal iştirak edir.