Ankarada 8 İŞİD terrorçusu saxlanılıb.
Oxu.Az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı həbs olunub.
Saxlanılanlar Türkiyə paytaxtında Yeni il şənlikləri zamanı partlayışlar törətməyə hazırlaşmaqda şübhəli sayılırlar.
Agentlik terrorçuların harada və nə cür terror aktı hazırladığlarını dəqiqləşdirmir.
S.B.
www.oxu.az