Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Antalya sahilində daha bir cəsəd tapıldı - FOTO
Türkiyənin Antalya şəhərinin Konyaaltı sahilində 25-30 yaşlarında naməlum kişi cəsədi tapılıb.
Cəsədin üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmayıb.
Cəsəd Konyaaltı rayonunda tikinti işləri aparan işçilər tərəfindən sahildən iki metr məsafədə suda aşkarlanıb.
Ölən şəxsin bədəninin yuxarı hissəsi çılpaq olub və biləyində “Mustafa Kamal Atatürk” yazılmış döymə görünüb.
Qeyd edək ki, bununla da Antalyada son bir ayda sahilə vuran cəsədlərin sayı 9-a çatıb.
Xatırladaq ki, yanvarın 17-dən bu yana Alanyada bir, Manavqat və Serikdə üç, Aksuda bir və Konyaaltı çimərliyində bir cəsəd olmaqla ümumilikdə 9 cəsəd aşkarlanıb. Cəsədlərdən birinin Akdeniz Universitetində təhsil alan 18 yaşlı Merve Şevval Elmas adlı qıza aid olduğu müəyyən edilib.
Mənbə: Haber Global
Rəylər