Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Avropa Boks Konfederasiyasının baş katibi transgenderin qələbəsi barədə: "Qadın boksu dəfn edildi"
Avropa Boks Konfederasiyasının baş katibi Kiril Şekutev Paris-2024 Yay Olimpiya Oyunlarında qadınlar arasında keçirilən boks yarışında əlcəzairli İman Xəlifin qalib gəlməsinə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, Kiril Şekutevin fikirlərini "Match TV" dərc edib.
"Qadınlar arasında keçirilən çimərlik voleybolunun finalını izləməkdən xoşbəxt oldum. Şükürlər olsun ki, hələ orada transgender yoxdur, oyunun gözəlliyindən həzz ala bilərsiniz. Qadın boksu isə 2024-cü il Olimpiadasında dəfn edildi. Biabırçılıq!" - deyə Avropa Boks Konfederasiyasının baş katibi vurğulayıb.
Qeyd edək ki, 2023-cü ildə Beynəlxalq Boks Assosiasiyası (IBA) İman Xəlifi, eləcə də tayvanlı Lin Yuytini Dünya Çempionatı zamanı meyarlara cavab vermədikləri üçün yarışdan kənarlaşdırıb. Gender testinin nəticələri göstərib ki, idmançılarda "XY" xromosomları var və testosteron yüksəkdir. Bununla belə, Beynəlxalq Olimpiya Komitəsi onların 2024-cü ildə qadınların yarışmasına buraxılmasına icazə verib.
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- Azərbaycan idmançılarının Parisdə qazandıqları medallar geri qaytarılır: Proses başlandı - ÖZƏL
- Həsrət Cəfərov Olimpiya medalının keyfiyyətsizliyindən gileylənib
- Olimpiya mükafatçımız: "Kağızda medalın 2026-cı ilədək qaytarılmaq imkanı ilə bağlı məlumat var idi"
- Paris Olimpiadasının 100-dən çox keyfiyyətsiz medalı təşkilat komitəsinə qaytarılıb
- Türkiyəli atıcı Yusuf Dikeç ilə müsahibənin QİYMƏTİ təəccübləndirdi
Rəylər