Avropa Parlamentinin (AP) yeni prezidentinin seçkiləri yanvarın 18-də Strasburqda keçiriləcək plenar iclas zamanı baş tutacaq.
Bu barədə AP-nin mətbuat xidməti məlumat yayıb.
Hələlik isə AP rəhbərinin funksiyaları müvəqqəti olaraq onun birinci müavini Roberta Metsoleyə verilib.
Mənbə: TASS
18:43
65 yaşında vəfat edən Avropa Parlamentinin (AP) sədri David Sassoli yanvarın 14-də Romada dəfn olunacaq.
Bu barədə AP rəhbərinin mətbuat katibi Roberto Kuillo məlumat verib.
Onun sözlərinə görə, mərhumla vida mərasimi yanvarın 13-də Kapitoliya təpəsindəki Roma meriyasının tarixi Protomotek zalında, dəfn mərasimi isə yanvarın 14-də Romanın Respublika meydanındakı Santa Maria del Anceli kilsəsində keçiriləcək.
08:40
Avropa Parlamentinin sədri David Sassoli 65 yaşında vəfat edib.
Bu barədə onun mətbuat katibi Roberto Kuillo özünün “Twitter” səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, Sassoli xəstəxanaya yerləşdirildiyi İtaliyanın Aviano şəhərində dünyasını dəyişib.
Sassoli ötən gün səhhətindəki problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.
The @EP_President David Sassoli passed away at 1.15 am on 11 January at the CRO in Aviano( PN), Italy, where he was hospitalized. The date and place of the funeral will be communicated in the next few hours.
— RobertoCuillo (@robertocuillo) January 11, 2022
22:23
Avropa Parlamentinin sədri David Sassoli dekabrın 26-dan etibarən xəstəxanaya yerləşdirilib.
Bu barədə bazar ertəsi "Il Messaggero" qəzeti siyasətçinin nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, onun xəstəxanaya yerləşdirilməsi “immun sisteminin funksional pozulması ilə bağlı yaranan ağır fəsadlar” səbəbindən zəruri olub.
Qeyd edək ki, AP rəhbərinin iştirakı ilə planlaşdırılan bütün tədbirlər ləğv edilib.
Mənbə: TASS