Avropa Parlamenti (AP) Baş Assambleyasının iclasının Fransanın Strasburq şəhərində keçirilməsi ilə bağlı planlar ləğv edilib.
“Anadolu” agentliyi bu barədə parlamentin başçısı Devid Sassolinin açıqlamasına istinadla xəbər yayır.
Onun sözlərinə görə, Fransada koronavirusun artması səbəbindən parlamentin iclası orada keçirilməyəcək.
O, iclasın onlayn keçiriləcəyini bildirib.
Qeyd edilir ki, AP-nin Baş Məclisinin iclasları aylardır Brüsseldə keçirilir, çünki Strasburq yüksək riskli “qırmızı zona”ya daxildir.
Fransa prezidenti Emmanuel Makron başda olmaqla Fransa rəsmiləri AP-nin Strasburq iclaslarının ləğv olunmasına etiraz ediblər.
Qaydalara görə, hər il Strasburqda ən azı 12 iclas keçirilməlidir.
Adətən, millət vəkilləri, AP üzvləri, məsləhətçilər, köməkçilər və jurnalistlər daxil olmaqla, minlərlə insan hər görüş üçün bir neçə günlük Strasburqa gedir və şəhərin iqtisadiyyatına töhfə verir.