Siciliyada Avropanın ən hündür fəaliyyətdə olan vulkanı Etna oyanıb.
Oxu.Az bu barədə "The Guardian" nəşrinə istinadən məlumat verir.
Bir neçə gün əvvəl başlayan püskürmənin görüntüləri sosial şəbəkələrdə geniş yayılmaqdadır. Vulkanın təxminən 3 000 metr hündürlüyündə yeni kraterin açılması püskürməni xüsusilə təsirli edib. Nəşrin məlumatına görə, lavanın dağdan aşağı axması hələ keçən həftədən başlayıb.
Alimlər vulkanın aktivlik səviyyəsini daim nəzarətdə saxlayırlar. Yerli hakimiyyət orqanları Etnanın yaxınlığında yerləşən yaşayış məntəqələri üçün hazırda heç bir təhlükə olmadığını bildiriblər. Bununla belə, ekspertlər vəziyyətin dəyişə biləcəyini istisna etmirlər.