Avstriya hakimiyyəti kəskin isti hava şəraiti səbəbindən cari yay mövsümündə artıq ikinci dəfə ən yuxarı - "qırmızı" - hava təhlükəsi səviyyəsini tətbiq edib.
Oxu.Az xəbər verir ki, bu məlumatı "Geosphere Austria" meteorologiya xidməti açıqlayıb.
Qurumun məlumatına görə, ən isti hava şəraiti dövlətin şərq bölgələrində - Vyana şəhərində, həmçinin Burgenland və Aşağı Avstriya federal əyalətlərində proqnozlaşdırılır.
Yaxın günlərdə qeyd olunan ərazilərdə havanın temperaturu +39 dərəcəyə qədər yüksələcək.
Qaynar xətt:
(055) 224 12 12