Polşadakı göllərdən birində Gürcüstanın azərbaycanəsilli vətəndaşı boğularaq ölüb.
Oxu.Az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, dünyasını dəyişən şəxs Polşaya işləmək məqsədilə gedən Bolnisi bələdiyyəsinin Kazreti qəsəbəsinin sakini 23 yaşlı Elvar Sariyevdir.
Hadisə iyunun 28-i Bjuze kəndi yaxınlığında yerləşən eyniadlı göldə baş verib. Gənc oğlan dostları ilə birlikdə göldə çimərkən boğularaq ölüb.
Qaynar xətt:
(055) 224 12 12