Moskvada SSRİ xalq artisti Leonid Bronevoy dünyasını dəyişib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə dekabrın 9-da RİA Novosti nəşri “Lenkom” teatrının direktoru Mark Varşaverə istinadən məlumat yayıb.
“Bu gün saat 7:30-da SSRİ xalq artisti Leonid Serqeyeviç Bronevoy vəfat edib”, - Varşaver bildirib.
Aktyorun 88 yaşı var idi. L. Bronevoy “Baharın 17 anı” çoxseriyalı filmindəki Müller rolu ona məşhurluq gətirib. Bundan əlavə, o “Həmin Münhauzen”, “Sevginin formulu” və digər filmlərdə rol alıb.
S.B.
www.oxu.az