İspaniyanın Barselona şəhərində terror aktı törədilməsində şübhəli bilinən Yunus Əbu Yaqub saxlanılıb.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə İspaniyanın “La Vanguardia” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, terror aktını törətməkdə əsas şübhəli sayılan Yunus Əbu Yaqub Barselona əyalətinin San-Sadurni-dAnoyya şəhərində tutulub.
AMPLIACIÓN Detenido el presunto autor del atentado en Barcelona, Younes Abouyaaqoub https://t.co/wJKJLMn6AI por @maykanavarro #ÚltimaHora
— La Vanguardia (@LaVanguardia) 21 августа 2017 г.
Qeyd edək ki, avqustun 17-də avtomobilin insanların üzərinə sürülməsi nəticəsində 15 nəfər ölüb, 130 nəfər xəsarət alıb. Terror aktını törədən şəxs hadisə yerindən qaçmışdı.
İŞİD terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
S.B.
www.oxu.az