ABŞ-ın keçmiş prezidenti Bill Klinton ilk dəfə baba olub.
Oxu.Az-ın məlumatına görə, Modern.az xarici mətbuata istinadən xəbər verir ki, eks-prezidentin yeganə qızı 34 yaşlı Çelsi Klinton bu barədə öz Twitter səhifəsində məlumat yayıb: “Mən və Mark sevinc içindəyik və qızımız Şarlotta Klinton Mezvinskinin dünyaya gəlməsini bayram edirik”.
Çelsi Klinton 2010-cu il iyulun 31-də yəhudi əsilli bankir Mark Mezvinski ilə ailə həyatı qurub.