"Microsoft"un qurucusu Bill Qeytsin sərvətinin ən böyük hissəsi Afrikaya çatacaq.
Oxu.Az-ın "News 24" portalına istinadən verdiyi xəbərə görə, o, bu barədə Afrika İttifaqının mənzil-qərargahında çıxışı zamanı bildirib.
"Mən bu yaxınlarda söz vermişdim ki, sərvətim növbəti 20 il ərzində paylaşdırılacaq. Bu maliyyənin əsas hissəsi Afrikadakı problemlərin həllinə kömək etmək üçün xərclənəcək. Vəsait Bill və Melinda Qeyts Fondu vasitəsilə ayrılacaq", - deyə o bildirib.
Qeyts 2045-ci ilə qədər bu fondun müxtəlif layihələrin maliyyələşdirilməsinə 200 milyard dollar yönəldəcəyini açıqlamışdı.
Qeyd edək ki, Qeytsin şəxsi sərvəti 175 milyard dollara çatır.