BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Tyurk süni intellektin (AI) insanlığa təhlükə yarada biləcəyi ilə bağlı narahatlığını ifadə edib.
Oxu.Az-ın İnterfaks.ru-ya istinadən xəbərinə görə, bu barədə o, Cenevrədə İnsan Hüquqları Şurasının 63-cü sessiyasının açılışında bildirib.
"AI-nin inkişafı insanlığın mövcudluğuna təhlükə yarada bilər", - deyə Folker Tyurk qeyd edib.
Onun sözlərinə görə, müasir dünyada cəmi bir neçə insanın əlində faktiki olaraq süni intellekt üzərində məhdudiyyətsiz hakimiyyət cəmlənib.
Folker Tyurk AI-nin təhlükəsizliyini təmin etmək üçün, nə qədər ki, çox gec deyil, tammiqyaslı səylər göstərməyə çağırıb. O hesab edir ki, süni intellekt texnologiyalarına malik ölkələr və təchizat zəncirində iştirak edən ölkələr AI sahəsində "qırmızı xətlər" barədə razılığa gəlməlidirlər.