Bolqarıstan Prokurorluğu 2015-ci ildə Polşa ilə MiQ-29 qırıcılarının təmiri üzrə saziş bağlanarkən ölkənin müdafiə naziri Nikolay Nençevin xidməti səlahiyyətlərindən sui-istifadə etməsi ilə əlaqədar ittiham irəli sürüb.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
İstintaqın məlumatına görə, saziş dövlət büdcəsinə 3,5 milyon avro məbləğində maddi ziyan vurub.
Nençevin vəkili Radan Kunev jurnalistlərə bildirib ki, prokurorluq yalnız ittiham irəli sürüb, işin materialları təqdim edilməyib. Nazir Nençev başqa bir yerə getməmək barədə iltizam imzaladıqdan sonra buraxılıb.
N.O.
www.oxu.az