Böyük Britaniyada naməlum şəxslərin zənglərindən sonra 27 məktəbin şəxsi heyəti təxliyyə olunub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Mirror nəşri yazır.
Qeyd olunur ki, terrorçular məktəblərə zəng vuraraq deyiblər ki, “tezliklə uşaqların kəsilmiş başlarını alacaqsınız”.
Oxşar zənglər artıq bir həftədir ki Böyük Britaniya məktəblərinə daxil olur. Bu vaxt ərzində 40-dan çox təhsil müəssəsi “telefon terrorçularının hücumuna məruz qalıb”.
Mayın 27-də bütün Böyük Britaniyada şagirdlər ingilis dili üzrə imtahan veriblər.