Braziliyanın xarici işlər naziri Joze Serra ölkə prezidenti Mişel Temeraya istefa müraciəti təqdim edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, “Globo” kanalının saytında dərc edilmiş bəyanatında Serra öz addımını səhhəti ilə əlaqədar olduğunu bildirib.
2016-cı ilin may ayından ölkənin XİN rəhbəri olan Serranın martda 75 yaşı tamam olacaq.
N.О.
www.oxu.az