Fransanın birinci xanımı Bricit Makronun 42 yaşlı qızı Tifeyn Ozyer 22 yaşlı tələbə Antuan Lekomt ilə romantik münasibətlərə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Daily Mail" nəşri yayımlayıb.
Məlumata görə, cütlüyün tanışlığı yay aylarında, Lekomtun kaytsörfinq üzrə təlimçi işlədiyi Le-Tuke şəhərində baş tutub. O burada Tifeyn Ozyerə elektrikli sörf taxtasını idarə etməyi öyrədib.
Nəşrin müəllifləri qeyd edirlər ki, bu sevgi hekayəsi Tifeynin anasının Fransa prezidenti ilə olan münasibətini xeyli dərəcədə yada salır: Bricit də Emmanuel Makrondan 25 yaş böyük idi və onların münasibəti başlayanda o, rəsmi nikahda idi. Lakin valideynlərindən fərqli olaraq, Tifeyn və Antuan öz əlaqələrini gizlətməyərək, Amsterdam səyahətindən birgə videolarını nümayiş etdirməklə münasibətlərini artıq ictimaiyyətə açıqlayıblar.
Bildirilir ki, Bricit Makron qızının bu seçiminə müsbət yanaşır. Fransanın birinci xanımının sözlərinə görə, onun üçün ən önəmli amil Tifeynin xoşbəxtliyidir.