Britaniya kraliçası II Yelizaveta koronavirusa yoluxub.
Bukingem Sarayının verdiyi məlumata görə, kraliçanın COVID testi müsbət çıxıb.
Saraydan bildirilib ki, hazırda monarxın səhhətində “mülayim soyuqdəymə simptomları” müşahidə olunur.
Qeyd edilib ki, 95 yaşlı kraliça keçən həftə koronavirusa yoluxan böyük oğlu və varisi Uels Şahzadəsi ilə kontanktda olub.
Mənbə: BBC