Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Gürcüstanın yeni prezidentinin adı məlum olub
Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti seçilib.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Kavelaşvilinin lehinə 300 deputatdan 224-ü səs verib.
Gürcüstan parlamentində keçirilən prezident seçkisi yekunlaşıb.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verib.
Qeyd edək ki, ilk dəfə olaraq Gürcüstanda dövlət başçısı birbaşa səsvermə yolu ilə deyil, 300 seçicidən ibarət kollegiyanın iclasında seçilib.
Əlavə edək ki, seçkidə yeganə namizəd hakim "Gürcü Arzusu"nun təqdim etdiyi Mixail Kavelaşvilidir.
"Gürcüstanda prezident seçkisi baş tutmuş hesab edilib, səsvermədə seçicilərin yarısından çoxu iştirak edib".
Oxu.Az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natia İoseliani brifinqdə bildirib.
"Saat 11:30-a seçicilər kollegiyasının 170 üzvü artıq prosesdə iştirak edib. Seçki baş tutub, çünki seçicilər kollegiyasının tam tərkibinin yarısından çoxu artıq iştirak edib", - deyə Natia İoseliani vurğulayıb.
Qeyd edək ki, Gürcüstanın seçki qanunvericiliyinə görə, seçicilər kollegiyasının 300 üzvünün yarıdan çoxu səsverməyə qatılırsa, seçki baş tutmuş hesab edilir.
Əlavə edək ki, Gürcüstanda prezidentin andiçmə mərasimi dekabrın 29-na planlaşdırılır.
Bu gün Gürcüstanda parlament ölkənin altıncı prezidentini seçəcək.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, seçki Parlament Sarayında baş tutacaq.
Gürcüstanın altıncı prezidenti postuna yeganə namizəd "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası tərəfindən namizədliyi irəli sürülən Mixail Kavelaşvilidir.
Müxalifət oktyabrın 26-da keçirilən parlament seçkisinin nəticələrini tanımayıb, qanunverici orqanın iclaslarını boykot edib və namizəd irəli sürməyib.
Bu səbəbdən müxalifətdən olan deputatlar səsvermədə iştirak etməyi planlaşdırmırlar.
"Gürcüstan" teqi üzrə xəbərlər
- Azərbaycanda "Starlink" dövrü: Qonşu ölkələrdəki qiymətlərlə MÜQAYİSƏ
- Gürcüstanda Mixail Saakaşvilinin partiyası qadağan ediləcək
- Gürcüstan prezidenti sələfinin verdiyi iddianı geri götürdü
- Nazilədən QALMAQALLI AÇIQLAMA: "Gürcüstana toya gedən bəzi müğənnilər quldurlarla əlbirdirlər"
- UEFA Millətlər Liqası: Gürcüstan - Ermənistan matçından sonra tribunalarda iğtişaşlar baş verib