"Dünyada tədqiqat və inkişaf ("Research and Development" - (R&D) sahələrinə ən çox pul ayıran ölkə Amerika Birləşmiş Ştatlarıdır: 476.5 milyard dollar. İkinci yerdə 376.6 milyard dollarla Çin Xalq Respublikası gəlir".
Bu barədə Baku TV-nin "Yekunlaşdıraq" verilişində məlumat verilib.
Bildirilib ki, bu rəqəmlərə baxanda aydın olur ki, Çinin son illərdə sürətli inkişafının və ABŞ ilə başa-baş rəqabət aparmasının kökündə duran hansı amildir:
"Üçüncü yerdə 170.5 milyard dollarla Yaponiya, dördüncü yerdə təxminən 110 milyard dollarla Almaniya qərar tutub. Təəccüblü deyil ki, niyə texnoloji baxımdan dünyada bütün trendləri məhz bu 4 ölkə diqtə edir.
Çin elmi-texnoloji sahələrə yatırımları 2000-ci ildən sonra 7 dəfə artıb. İqtisadi inkişaf tempi də bununla paralel güclənib. Amerika ilə arasında təxminən 100 milyard dollar fərq olsa da, "Səma imperiyası" yaxın gələcəkdə bu fərqi azalda-azalda gedəcək və günlərin birində Çin Tədqiqat və İnkişaf sahələrinə ayrılan pulun həcminə görə ABŞ-ni geridə qoyacaq. Bax, ondan sonra nəyin baş verəcəyi doğrudan maraqlıdır.
Tədqiqat və İnkişaf xərclərinin Ümumi Daxili Məhsula nisbəti baxımından isə birinci yerdə İsrail gəlir. Orada Ümumi Daxili Məhsulun 6.3%-i R&D xərclərinə ayrılır. Güney Koreyada həmin rəqəm 5%-ə bərabərdir. Buradan aydın olur ki, həmin balaca ölkələri böyük edən "sirr" nədir".
Daha ətraflı süjetdə: