Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Çavuşoğlu: Antiterror əməliyyatı dayandırılmayıb, sadəcə prosesə müvəqqəti ara verilib
ABŞ nümayəndə heyəti ilə görüşdən sonra Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlama verib:
“İstədiklərimizi əldə etdik. YPG-nin ağır silahları toplanacaq və mövqeləri məhv ediləcək”.
Nazirin sözlərinə görə, Suriyanın Fərat çayının şərqində həyata keçirilən “Sülh çeşməsi” antiterror əməliyyatı dayandırılmayıb, sadəcə prosesə müvəqqəti ara verilib.
Çavuşoğlu bildirib ki, 120 saat ərzində YPG Türkiyənin yaratmaq istədiyi təhlükəsizlik bölgəsindən tam çəkilməlidir. Bundan sonra “Sülh çeşməsi” antiterror əməliyyatı dayandırıla bilər. Həmçinin, Türkiyəyə qarşı ABŞ-ın sanksiyaları dərhal aradan qaldıracaq.
"Türkiyə" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 25.11.2024-ün ən mühüm hadisələri
- Türkiyədə təcavüz edilərək həyatını itirən körpənin ailəsində növbəti şübhəli ölüm
- Türkiyədə məsciddə qətl: İmam bıçaqlanaraq öldürüldü
- Türkiyədə mərmər mədənində torpaq sürüşməsi: Ölənlər var
- Antalyada Rusiya təyyarəsi yandı: Türkiyə sənədlərini itirən sərnişinlərə qapılarını açdı
Rəylər