Çəmbərək yaxınlığında Ermənistan ordusunun müddətli həqiqi hərbi xidmət hərbçisinin həyatını itirməsi ilə əlaqədar başlanan cinayət işi çərçivəsində taborun qərargah rəisi saxlanılıb.
Oxu.Az Ermənistan mediasına istinadla verdiyi məlumata görə, hadisədən öncə hərbi hissənin yeməkxanasında əsgərlər arasında münaqişə yaranıb. Bunun ardınca zabit əsgərləri kross qaçırdaraq cəzalandırmaq istəyib.
Qaranlıqda baş tutan qaçış zamanı bir hərbçi əsgərləri işıqları yanmayan və sürücülük hüququ olmayan nasaz yük avtomobili ilə vurub. Qəza nəticəsində 19 yaşlı Suren Vardanyan həlak olub.