Koreya Respublikasının ordusu Şimali Koreya (KXDR) ilə dəniz sərhədinə yaxın ərazidə genişmiqyaslı gecə təlimləri və atışlar keçirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə 18 aprel tarixində "Yonhap" informasiya agentliyi xəbər yayıb.
Bildirilir ki, təlimlərdə "K9A1" özüyeriyən haubitsa, "Chunmoo" reaktiv yaylım atəş sistemi və müşahidə vasitələri, o cümlədən əks-batareya radarı və pilotsuz uçuş aparatı (PUA) daxil olmaqla, təxminən 40 əsas texnikadan istifadə edilib.
Ümumilikdə təlimlərdə təxminən 300 hərbçi iştirak edib.
