Cənubi Koreyanın Konstitusiya Məhkəməsi dekabrın 9-da parlament tərəfindən elan edilən ölkə prezidenti Pak Kın Xenin impiçmentindən sonra bazar ertəsi ilk iclasını keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə “Renxap” agentliyi məlumat yayıb.
Məlumata görə, məhkəmə vəzifəsindən kənarlaşdırılan prezident ətrafında qalmaqal ilə bağlı işin dinlənilməsi tarixini, işçi qrup və işin baxılması qaydasını müəyyən etməlidir ki, altı aydan gec olmayaraq, dövlət başçısının taleyi həll olunsun.
İmpiçment nəticəsində Pak Kın Xe hakimiyyətdən uzaqlaşdırılıb və onun səlahiyyətləri müvəqqəti olaraq baş nazir Xvan Qe Anuya həvalə edilib.
Korrupsiya qalmaqalı oktyabrda Pak Kın Xenin dəftərxanasından sənədlərin onun rəfiqəsi Tsoy Sun Silin əlində olmasına dair KİV-də məlumat yayıldıqdan sonra meydana gəlib. Araşdırma nəticəsində prezidentin 60 yaşlı rəfiqəsinin yaratdığı korrupsiya sisteminin üstü açılıb.
N.O.
www.oxu.az