Cənubi Osetiyada Rusiya hərbçilərini daşıyan avtobus Tsxinval-Kançaveti dağ yolunda uçuruma düşüb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, hadisə nəticəsində 6 zabit ölüb, 16-sı isə xəsarət alıb.
Avtomobil karvanının tərkibində hərəkət edən avtobus hərbçiləri təlimlərə aparırdı.
Qəzaya əyləcin sıradan çıxması səbəb olub.