Çin ABŞ-ı Asiya ölkələrinə təzyiq göstərməkdə və Cənubi Çin dənizi regionunu hərbiləşdirməkdə ittiham edib.
Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Sinqapurda mətbuat konfrasında çıxış edən Çinin xarici işlər naziri Van İ deyib.
“Regiona aiddiyyəti olan ölkələr, o cümlədən ABŞ Cənubi Çin dənizi akvatoriyasına strateji silahlar göndərir”, - nazir deyib.
“Tamamilə aydındır ki, regionda qeyri-sabitlik üçün daha çox məsuliyyəti kimlər daşıyır. Bununla onlar region ölkələrinə, o cümlədən Çinə təzyiqlər göstərir. Onlar regionun hərbiləşdirilməsinə cavahdehdir”, - o qeyd edib.
Rəylər