Əhalisinin sayına görə lider olan Çin dünyanın ən çoxüzvlü ailələrinin də yaşadığı yerdir. Belə ailələrdən biri də Çinin Zheijanq regionunda məskunlaşan Ren ailəsidir.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Yeni ili qeyd etmək üçün bir yerə yığışan ailənin xatirə fotosunu fotoqraf Zhanq Lianzonq çəkib.
Ailənin tarixi haqqında danışan Zhanq deyib ki, fotoda görünən 500 nəfər əslində ailənin yalnız 4-də 1-dir. Ailənin bütün üzvlərinin sayı 2000-dən artıqdır.

www.oxu.az