Çinin Şandun əyalətində avtobus kütlənin üstünə sürülüb, hadisə nəticəsində dörd nəfər ölüb, 19 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Sinyuxa” agentliyi məlumat yayıb.
Hadisə Tsinçjou dairəsində baş verib. Məlumata görə, avtobus yolun qırağında ticarət köşklərinin yanında olan insanların üzərinə sürülüb.
Hadisə nəticəsində 23 nəfər xəsarət alıb, onlardan dörd nəfəri dünyasını dəyişib. Beş nəfərin vəziyyətinin ağır olduğu bildirilib.
Qəzanın səbəbləri aydınlaşdırılır.
N.О.
www.oxu.az