Çinin Şensi əyalətində baş verən partlayışın qurbanı 14 nəfər olub.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Sinyuxa agentliyi məlumat yayıb.
Partlayış bazar ertəsi yerli vaxtla saat 14:00-da Yuylin dairəsində Fuqu rayonunda yerləşən binaların birində baş verib.
Son məlumata görə, 147 nəfər yaralanıb, 106 nəfər xəstəxanadadır, onlardan 11-i ağır xəsarət alıb, daha 41 nəfər xəstəxanadan buraxılıb.
Hazırda axtarış-xilasetmə əməliyyatları başa çatdırılıb.
N.O.
www.oxu.az