Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
COVID-19-a qarşı dünyada ilk peyvəndin sınaqlarından keçən könüllülər evə buraxıldı
Rusiyada Seçenov adına Moskva Dövlət Tibb Universitetində koronavirusa qarşı vaksin sınaqlarından keçən könüllülərdən ibarət ilk qrup evə buraxılıb. Onlar özlərini yaxşı hiss edirlər.
Bu barədə 360 TV xəbər yayıb.
Preparat inyeksiya edildikdən sonra könüllülərdə başağrısı və yüksək temperatur müşahidə olunmuşdu. Lakin simptomlar cəmi bir gündən sonra yoxa çıxıb.
Könüllülərin ikinci qrupu iyulun 20-də evə buraxılacaq.
Sınaqlarda 38 nəfər iştirak edib. Onlar iki qrupa ayrılıb. Birincilər peyvəndin bir dozasını, ikincilər isə iki dozasını alıb.
COVID-19-a qarşı dünyada ilk peyvəndin sınaqlarından keçən könüllülər evə buraxıldı
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər