Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
COVID-19-a qarşı dünyada ilk peyvəndin sınaqları başa çatıb
Seçenov adına Moskva Dövlət Tibb Universiteti könüllülər üzərində dünyada ilk koronavirus peyvəndinin sınaqlarını başa çatdırıb. Tədqiqat zamanı preparatın insanlar üçün təhlükəsizliyini sübut etmək mümkün olub.
Bu barədə “Poisknews” nəşri xəbər yayıb.
Peyvənd N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzi tərəfindən hazırlanıb. Qeyd olunur ki, vaksin süni şəkildə yaradılıb və tərkibində koronavirus hissələri yoxdur.
“Preparat, əslində, cansız olan və süni şəkildə yaradılan, rekombinant adenoviral peyvənddir. Faktiki olaraq, onda koronavirusun hissələri yoxdur, lakin fəaliyyət prinsipi elədir ki, koronavirusda yaranan immun cavabına bənzər immunitetə səbəb olmalıdır”, - deyə, tədqiqatçılar bildirib.
Sınaqlarda 38 könüllü iştirak edib. Onlar iki qrupa ayrılıb. Birincilər peyvəndin bir dozasını, ikincilər isə iki dozasını alıb. Peyvənddən dərhal sonra temperaturun yüksəlməsi də daxil olmaqla, heç bir mənfi reaksiya olmayıb.
Tədqiqat iştirakçılarının yaxın günlərdə evə buraxılması planlaşdırılır. Həkimlər onların vəziyyətlərini izləməkdə davam edəcəklər.
Rəylər