Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

“Crocus City Hall”da terror anının daha bir dəhşətli görüntüsü: “Ora dalandır! Aşağı qaçaq” - VİDEO
Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror zamanı baş verənlərlə bağlı yeni görüntülər yayılmaqda davam edir.
Kadrların birində atışmanın yeni başladığı vaxt zaldan möcüzəvi şəkildə sağ-salamat qaçmağı bacaran insanlar əks olunub.
Videoda onların oturacaqların arxasında gizlənərək süründükləri, sonra qaçmağa çalışarkən bağlı qapılarla üzləşdikləri görünür.
Bu vaxt onlardan birinin: “Ora dalandır! Aşağı qaçaq”, - dediyi eşidilir.
Nəhayət onlar küçəyə çıxışı tapa bilirlər.
Ən çox oxunanlar