Rusiyanın Dağıstan Respublikasının Aşağı Ubekimaxı kəndi yaxınlığındakı dağlıq ərazidə bir neçə kilometr uzunluğunda torpaq sürüşməsi qeydə alınıb.
Oxu.Az bu barədə "Baza" "Telegram" kanalına istinadən xəbər verir.
Hadisə nəticəsində tonlarla torpaq çaya tökülüb və bu da yaxın kəndlərin su altında qalması təhlükəsini yaradıb.
Təbii fəlakətin əsas səbəbi kimi mart ayının sonlarından etibarən davam edən güclü leysan yağışları göstərilir.