Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dani Alveş həbs olundu – YENİLƏNİB
Barselona məhkəməsi eyniadlı futbol klubunun və Braziliya millisinin sabiq futbolçusu Dani Alveşin zaminə buraxılmadan həbs olunmasına razılıq verib.
O, gecə klubunda xanımlardan birinə cinsi təcavüz etməkdə günahlandırılır.
İddia edilən hadisə dekabrın 30-da baş verib. Alveşin özü iddiaları təkzib edib.
Qeyd edək ki, hazırda Alveş Meksikanın “Pumas” komandasında çıxış edir.
Mənbə: championat.com
15:28
Ötən gün şikayət əsasında saxlanılan Braziliya millisinin və “Barselona” klubunun sabiq üzvü Dani Alveş İspaniyada hakim qarşısına çıxarılıb.
Futbolçu cinsi qısnamada təqsirləndirilir.
Qeyd olunur ki, 39 yaşlı D.Alveş bir neçə gün əvvəl Barselonadakı gecə klublarından birində əylənərkən orada olan qadınlardan birini seksual qısnamaya məruz qoyub.
Xatırladaq ki, D.Alveş hazırda Meksikanın “Pumas” klubunun futbolçusudur.
Mənbə: Marca
Rəylər