Türkiyənin baş naziri Əhməd Davudoğlu qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı bu gün İrəvanda keçiriləcək anım tədbirlərində Rusiya və Fransa prezidentləri Valdimir Putin və Fransua Ollandın iştirakını şərh edib.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun sözlərinə görə, iki ölkə liderinin Ermənistana getməsi Minsk Qrupunun tərəfsizliyinə kölgə salır.
Davudoğlu Vladimir Putinin 1915-ci il hadisələri ilə bağlı müraciətində “soyqırım” ifadəsini işlətməsinə də münasibət bildirib.
“Xarici işlər naziri Mövlut Çavuşoğlu ilə görüşdüm. Lazımı diplomatik addımlar atılacaq”, - baş nazir deyib.
www.oxu.az