Dominikan Respublikasında Mərkəzi Seçki Komissiyasının plenumunun qərarına əsasən prezident seçkiləri təxirə salınıb.
“İnterfaks” xəbər verir ki, mayın 17-si keçirilməsi nəzərdə tutulan seçkilər koronavirus pandemiyası səbəbindən iyunun beşi baş tutacaq.
Seçki zamanı ikinci turun keçirilməsinə zərurət yarandıqda isə bu tədbir iyulun 26-sı baş tuta bilər.
Qeyd edək ki, ölkədə aprelin 31-dək fövqəladə hal rejimi elan edilib, 2967 nəfər koronavirusa yoluxub, 173 nəfər isə xəstəliyin qurbanı olub.