ABŞ-ın Luisvill Universitetinin mikrobiologiya və immunologiya kafedrasının dosenti Binq Li ən yayğın xərçəng növünün yaranması səbəblərini açıqlayıb.
“Trends in Molecular Medicine” dərgisi xəbər verir ki, mütəxəssisin fikrincə bədəndə piy səviyyəsinin yüksək olması döş vəzi xərçənginin yaranmasına yol açır.
Bu spesifik zülalların formalaşması yolu ilə baş verir.
Burada əsas rolu piy hüceyrlərində sintez olan və yağ turşularını bir-birinə bağlayan FABP4 zülalı oynayır. Piy hüceyrələri bədəndə çox olduqda qanda zülalın səviyyəsi artır. Araşdrıma onu göstərir ki, bədxassəli urlarda tərkibində FABP4 zülalı olan çoxlu sayda makrofaqlar müşahidə edilir.
Bu zülalın fəallığı zəiflədikdə isə canlılarda, piylənmə səviyyəsi dəyişməsə belə bədxassəli şişin inkişafı zəifləyir.